Şriftin ölçüsü / 540 dəfə oxunub

"Ən biabırçı vəziyyəti "Unibank" yaradıb, hamını eyni günə banka çağırıblar, ancaq..."

14 May 2019 [23:17]
Hər kəsin  bankı olduğunu iddia edən "Unibank" dollar kreditlərinə görə kompensasiya almalı olan vətəndaşları süründürməçiliklə üzləşdirib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov Feysbuk-dakı səhifəsində yazıb.

O bildirib ki, dollar kreditlərinə görə kompensasiya ödənişində ən biabırçı vəziyyəti "Unibank" yaradıb:

"Bildiyim qədəri ilə müştəriyə ən gec mesajı bu bank göndərib. Kompensasiya ödənişini ən gec edən banklardan biridir. Dünən atama da mesaj gəlib, bankın "Dərnəgül" filialına çağırıblar. 

Səhər 9:40-da atamı bankda düşürdüm. Növbə götürəndə 207-ci adam idi. Saat 12:50-də növbə çatıb. Həmin ərəfədə artıq 500-cü adam da növbədə olub. Biabırçılıq yaradıblar".

Jurnalist yazıb ki, Sumqayıtdan, Bakı kəndlərindən də hamını bu filiala yığıblar: "Özü də bir günə. Yəni mesaj göndərib, hamını bir gündə çağırıblar. Bütün bunlar azmış kimi, bankdan təqdim edilən karta pul yoxdu. Pulun karta köçəcəyi gün də bəlli deyil".

Digər bir jurnalist Aytən Məmmədova da "Unibank"da şikayətlənib.

O elə İlkin Muradovun statusuna yazıb ki, "Unibank"a krediti gecikdirən kimi hər gün bezdirirmiş: 

"Nəslimdə o adam qalmırdı ki, zəng eləyib deməsinlər (bu, bank sirrinin pozulmasıdır, o da ayrı məsələ), mənə çatası kompensasiyaya görə isə hələ də zəng eləməyiblər. "Bank of Baku"dan isə aprelin təxminən 20-si olardı, zəng eləmişdilər, dedilər, ayın axırına qədər zəng eləyəcəyik, nömrəni açıq saxlayın, bu biri ayın ortasıdı, xəbər yoxdu".

Aytən Məmmmədova yazıb ki, bir dəfə banka gedib: "O qədər böyük növbə vardı ki, işlərimə görə gözləyə bilmədim. İş günləri gedib uzun-uzadı gözləmək imkanı yoxdu, həftəsonu da işləmirlər".

Məsələ ilə bağlı bankın da mövqeyini dinləməyə hazırıq.



SON XƏBƏRLƏR