Gürcüstan Prezidenti Azərbaycan sərhədində: "Bu məsələni təxirə salmaq olmaz" + FOTO

img

20-04-2019 [22:40]


Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib.

Mia.az "Report”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb.

S.Zurabişvili sərhədçilərlə görüşüb. 

Görüşdən sonra o bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. 

Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

Digər xəbərlər
SON XƏBƏRLƏR