“Nar” tələbələr üçün yeni iş imkanı təklif edir

img

17-12-2018 [15:27]


"Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə gənclərə dəstək olub.

 Mobil operator Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan I Karyera Sərgisində iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə "Nar” biznesin təhlili üzrə mütəxəssis, media əlaqələri üzrə mütəxəssis, eyni zamanda, məhsulların inkişaf etdirilməsi üzrə aparıcı mütəxəssis və korporativ satış üzrə mütəxəssis vəzifələrinə sənəd qəbulu təşkil edib. Dekabrın 14-ü keçirilən sərgidə "Azerfon” MMC ("Nar” ticarət nişanı) ilə yanaşı, 70-dən çox şirkət iştirak edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgidə "Nar” stendinə maraq böyük olub. 

Sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Karyerada ilk addım” şüarı altında keçirilib. Sərginin keçirilməsinin əsas məqsədi gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir.

Qeyd edək ki, gənclərə dəstək "Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. "Nar” AzTU ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün "Mobil rabitənin əsasları” mövzusunda təlimlər keçirib. 2016-cı ildə

Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən universitetdə "Nar” GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar.

"Azerfon” şirkəti 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7 min 300-dən çox baza stansiyası ilə 2,2 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR