Ermənistanın “Su-25” hərbi təyyarəsi yoxa çıxıb - Havaya qalxandan sonra radarlardan itib

img

04-12-2018 [13:11]


 Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya istehsalı olan "Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.

Hazırda təyyarənin axtarışları aparılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR