08-11-2018 [00:45]
Qoç - Qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın.
Ehtiyac yaranarsa məsləhət üçün təcrübəli insanlara müraciət edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.
Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Buğa - Günün ilk yarısında ətalətli, süst olmayın. Yorğunluq və pərişanlıq hissləri sizə yad olmalıdır. Səhhətinizdə yaranacaq kiçik problemlər işlərin ertələnməsinə, yarımçıq qalmasına səbəb olmamalıdır.
Diqqətli olun, ikinci dərəcəli məqamları ön plana çəkərək əsas işə laqeyd münasibət bəsləməyin.
Günün ikinci yarısında səfərdən imtina edin. Sükan arxasına oturmayın. Əksi olarsa səfər sizə problemlər yaradacaq.
Axşam saatlarında qonaq getmək və ya dostları evə çağırmaq olar. Yeni münasibətlər üçün əlverişli zaman deyil.
Əkizlər - Günün ilk yarısında sizi yaxşı xəbərlər və xoş görüşlər gözləyir. Enerjili olun, pozitiv davranın. Sanki "ikinci nəfəs"iniz açılmış təki fəal çalışın. Belədə dürüst qərarlar qəbul edərək mürəkkəb problemlərin və işlərin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında yaşam arealını qaydaya salın. Alış-verişə yollanmaq olar. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Mənfəət əldə ebə biləcəyiniz məqamı qulaqardına vurmayın. Ünsiyyətdə problem hiss etməyəcəksiniz.
Axşam saatlarına yaxın boş söhbətlər və gərgin, emosional mübahisələr sizi usandıracaq.
Xərçəng - Emosional müvazinətinizi qoruyun. Başladığınız işlərə laqeyd yanaşmayın. Qıcıqlı, xırdaçı, aqressiv olmayın. Bütün diqqəti məişət problemlərinin həllinə yönəltsəniz, ailə üzvləri, qohumlarla münaqişə yarana bilər. Hər məsələyə görə inciməyin, uğursuzluqlarınıza görə başqalarınızı suçlamayın.
Günün ikinci yarısında sakitləşin. Hövsələli, təmkinli olun. Hər şeyi nəzarət altında saxlaya bilməyəcəyinizi anlayın. Dost və ya tərəfdaşla görüşün. Yaxınlarınızın məsləhətləri sizə yaşamın adi məhvərinə qayıtmağa yardım edəcək.
Şəxsi münasibətlərdə problem olduğu üçün görüşü ertələyin.
Şir - İntellektual bacarıqlarınızı və təşkilatçılıq məharətinizi işə salın. Yeni sifarişi qəbul edərək onu tərəfdaşlarla başa vurmaq üçün əla gündür. Köhnə dostlarla təmaslar səmimi olmalıdır. Ətrafınızdakı insanlarla həssas davranın. Çətin vəziyyətə düşmüş adama kömək edin.
Günün ikinci yarısı işlərinizə pəl vurmaq istəyən insanın pərişan edilməsi üçün konkret addımlar zamanıdır. Xatirələrlə yaşamayın, ayıq olun. Romantik və sentimental fikirlər vaxtı deyil.
Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.
Qız - Günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin.
Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz maliyyə vəsaitini effektiv şəkildə sərf edin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Sadiq dostlardan biri ilə əlaqə saxlamaq olar.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - Günün ilk yarısında proseslərin normallaşmağa başladığını hiss edəcəksiniz. Situasiya əlverişlidir və bundan istifadə edin. Münasibətlərinizin soyuduğu insanla təmasları normallaşdıra bilərsiniz. Çoxdan bəri sizi narahat edən anlaşılmazlığı çözmək zamanıdır. Amma söhbətə yaxşı hazırlaşın, çünki tərəfdaşınız sizi diqqətlə dinləyəcək və dedikləriniz məntiqli olarsa, nəzərə alınacaqsınız.
Günün ikinci yarısında nikbin olun. Ruhdan düşməyin. Yeni işi vaxtında bitirmək üçün potensial tərəfdaşlarla danışıqlar aparın.
Axşam saatlarında əhvalınız yaxşılaşacaq, özünüzü gümrah hiss edəcəksiniz.
Əqrəb - Günün ilk yarısında müstəqil çalışmaqda fayda var. Son vaxtlar yaxın ətrafınızdakı insanlarla aktiv əməkdaşlıq etdiyinizdən nəticələr pis deyil. Amma daha yaxşı sonuclara nail olmaq üçün aktivləşin. İşlərin çoxluğu sizi yora bilər. Süst olmayın, yorulduğunuzu nümayiş etdirməyin.
Günün ikinci yarısında səylərinizi yönəldə biləcəyiniz istiqaməti müəyyənləşdirin. Dəyər verdiyiniz insanların sizi dərhal anlayacaqlarını düşünməyin. Əksinə, onlar fikrinizi əsas işdən yayındıra bilərlər. Situasiyaya sərt reaksiya versəniz, narazılıq və hətta münaqişə yarana bilər.
Səhhətinizin qeydinə qalın. Axşam saatlarında əyləncəyə yollanın.
Oxatan - Günün ilk yarısı asan olmayacaq. Uğursuz zamandır. Təlaşa düşməyin, situasiya ilə barışın. Maliyyə itkiləri istisna deyil. Ehtiyatlı, eyni zamanda çevik və məntiqli olsanız, problemlərin tam əksəriyyətini həll edə bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə sərinlik yaratmayın. Qayğıkeş, səmimi olun. Məntiqli davranın - situasiyada köklü dəyişikliklər etmək mümkün deyil.
Axşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Onlara xoş sözlər söyləyin.
Oğlaq - Günün ilk yarısı nisbətən sakit olacaq. Yeni imkanlar, perspektivlər və başgicəlləndirici uğurlar gözləməyin. Bununla yanaşı, ciddi problemlər də olmayacaq. Ən müxtəlif problemlərin öhdəsindən izafi zəhmət çəkmədən gələ bilərsiniz. Uğura doğru səbrlə irəliləyin, geri çəkilməyin.
Günün ikinci yarısında fəaliyyətinizin formasını və ilkin nəticələrini dəyərləndirin. Təkmilləşdirilmə tələb edən məsələlərə diqqət yetirin. Yeni tanışlıq və romantik görüşə bel bağlamayın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - Problemlərdən xali olmayan gündür. Dostların yardımlarından imtina etməyin. Təşkilati məsələləri təkbaşına həll etməyə çalışırsınızsa, müstəqil fəaliyyətin təfərrüatlarını nəzərdən keçirin. Problemlərin öhdəsindən əla gələcəksiniz. İdeyalarınızdan birini tanışlarla bölüşə bilərsiniz.
Günün ikinci yarısında qayğıkeş tərəfdaş, maraqlı həmsöhbət, həssas dost olmağa çalışın. Yaxın ətrafınızdakı insanlarda özünüzə rəğbət oyadın. Romantik təmaslar zamanı deyil. Maraqlarınızın təminatına çalışın.
Balıqlar - Əlverişli situasiyadan maksimum səviyyədə bəhrələnməyə çalışın. Ünvanınıza təriflər eşidəcəksiniz. Buna rəğmən, aktiv fəaliyyətinizi davam etdirin. Cəmiyyətdə nüfuza malik insanla tanış ola bilərsiniz. Diqqətli və sərvaxt olun.
Günün ikinci yarısında alış-verişə çıxmaq olar. Simiclik etməyin. Gəlirləri artırmaq üçün ənənəvi vasitələrdən fərqli olaraq, alternativ metoda əl atın.
Axşam saatlarında parlaq təəssüratlar və maraqlı görüş istisna deyil.
Milli.az
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)