“Qarabağ”ın qapıçısı 63 yaşlı piyadını vurdu - Klub açıqlama yaydı

img

19-10-2018 [14:51]


"Qarabağ” komandasının qapıçıxı Hannes Halldorsso maşınla adam vurub.

Mia.az xəbər verir ki, baş vermiş qəza ilə bağlı klub rəsmi məlumat yayıb.

Bildirilib ki, dünən axşam komandanın qapıçısı Hannes Tor Halldorsson evinə yollanarkən, yol-nəqliyyat hadisəsi baş verib:

"Qolkiperimiz idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub:

"Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb. Sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə edib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir.

 "Qarabağ" Futbol Klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR