12 Oktyabr 2018 [00:37]
Bu gün UEFA Millətlər Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Farer adaları ilə səfərdə qarşılaşıb.
Mia.az xəbər verir ki, millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə hesabı açıb - 0:1.
67-ci dəqiqədə Dmitri Nazarov ikinci qola imza atıb - 0-2.
Riçard Almeyda 85-ci dəqiqədə penaltidən daha bir qola imza atıb - 0:3
Oyun bu hesabla bitib.
Qeyd edək ki, qrupumuzdakı digər oyunda Kosova evində Malta qarşılaşıb. Həmin oyun 3-1 hesabı ilə Kosovanın xeyrinə başa çatıb.
Bu nəticələrdən sonra Kosova 7 xalla birinci, Azərbaycan isə 5 xalla ikinci, Farer adaları 3 xalla 3-cü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıblar.