Şriftin ölçüsü / 84 dəfə oxunub

Trampdan Səudiyyədən yoxa çıxan jurnalistlə bağlı tələb: "Suallarımıza cavab gözləyirik"

11 Oktyabr 2018 [17:52]
 "Amerikalı müfəttişlər də jurnalistlə bağlı hadisəni araşdırırlar”.

Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News” televiziyasına müsahibəsində deyib.

"Camal Qaşıqçıya nə olduğunu öyrənməyə məcburam. Bu məsələdə mövqeyimiz çox sərtdir. Orada müfəttişlərmiz var. Onlar Türkiyədə yerli müfəttişlərlə birlikdə işləyirlər. Açığı Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıq edirik. Nələr baş verdiyini aşkar etmək istəyirik”, - deyə ABŞ lideri vurğulayıb.

D.Tramp oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı barədə açıqlama vermişdi: "Bu hadisənin daha dərindən araşdırılmasını istəyirəm. Səudiyyə Ərəbistanı hakimiyyətindən suallarımıza cavab gözləyirik. Bu hadisənin axıradək araşdıracağıq. Camal Qaşıqçının nişanlısını Ağ Evdə görmək və qəbul etmək istəyirəm”.

Report


SON XƏBƏRLƏR