ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Cahangir Hacıyevin həyat yoldaşından hesab soruşulur - İngiltərə mediası 16 milyonluq əmlakdan yazır - mia.az
Şriftin ölçüsü / 612 dəfə oxunub

Cahangir Hacıyevin həyat yoldaşından hesab soruşulur - İngiltərə mediası 16 milyonluq əmlakdan yazır

10 Oktyabr 2018 [22:56]
Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunun tətbiqinə başlanılıb. 

Bu qanunun ilk "qurbanı” azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva olub.

Bu gün isə bütün Britaniya və dünya KİV-i Zamirə Hacıyevanın şəxsiyyəti haqda yazıb. Və bu vaxt Britaniya KİV-inin əksəriyyəti, Daily Mail daxil olmaqla, Zamirə Hacıyevanın şəkillərindən istifadə edərkən haqqin.az-a istinad edib.

55 yaşlı Z.Hacıyeva təxminən on ildir ki, daimi olaraq Londonda yaşayır və Harrods mağazasından böyük alış-veriş etməsi ilə məşhurlaşıb. Onların ümumi dəyəri 16 milyon funt-sterlinqdən çox qiymətləndirilir və bu xanım bir dəfə təkcə bir günə yalnız zərgərlik bəzək əşyalarına 150 min funta yaxın pul xərcləyib.

Onun Londonun prestijli Naytsbric rayonundakı evi də hüquq-mahafizə orqanlarının maraq dairəsinə düşüb. İki birləşdirilmiş evdən ibarət olan və Walton Street-də (həmin o Harrods-un yaxınlığında) yerləşən malikanə 2009-cu ildə 11,5 milyon funt-sterlinqə alınıb.

Daha əvvəl Böyük Britaniya daxili işlər nazirinin müavini Ben Uolles gəlirlərin yuyulması üçün Britaniyadan istifadə edən cinayətkarlarla və siyasətçilərlə mübarizə üçün "hökumətin bütün güclərini" cəlb etmək niyyətində olduğunu bildirmişdi. Ben Uolles hökumətdə həmçinin iqtisadi cinayətlərlə mübarizə ilə məşğul olur.

"Nə vaxt ki biz sizə, sizin aktivlərinizə qədər çatacağıq, sizə ağır həyatı yaşadacağıq", — deyə onda Uolles xəbərdarlıq etmişdi.

Virtualaz.org


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR