Şriftin ölçüsü / 136 dəfə oxunub

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşları haqda sərəncam imzaladı - TAM SİYAHI

14 Sentyabr 2018 [20:52]
Prezident İlham Əliyev "Azərbaycan” qəzetinin Baş redaktoru haqda sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə Bəxtiyar Yusif oğlu Sadıqov "Şöhrət” ordeni ilə təltif edilib.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə  Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adı verilib:

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu. 

***

Dövlət başçısının başqa bir  sərəncamı ilə milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilib:

Cəfərov Rəşad İslam oğlu

İmanquliyev Bahadır Bəkir oğlu

Mütəllibov Rüstəm Kamal oğlu

Vəliyev Elçin Vaqif oğlu.


SON XƏBƏRLƏR