Çempionlar Liqası: hücumçumuz meydandan qovuldu, "Qarabağ" BATE ilə bacarmadı - Turnirə vida

img

14-08-2018 [22:49]


Bu gün "Qarabağ" komandası Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Belarusun BATE komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunda hesabı BATE açıb. 20-ci dəqiqədə İvanic qol vurub.

"Qarabağ" bu qolun əvəzini 54-cü dəqiqədə Mişelin zərbəsi ilə çıxıb - 1:1.

77-ci dəqiqədə isə komandamızın hücumçusu Emeqhara ikinci sarı kartla meydandan qovulub.

Beləliklə, oyun bu hesabla başa çatıb və "Qarabağ" iki oyunun nəticəsinə görə, Çempionlar Liqasına vida edib.

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR