Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib - Sensasion əməliyyat + FOTO

img

22-04-2018 [23:27]


Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə "Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

***

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş  məlumat alıb  ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirdib.

Arestantın saxlanma yeri və şəraiti, istintaq hərəkətləri barədə məlumat ala bilmədik.

***

Musavat.com-un digər məlumatına görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri ilə tez-tez Türkiyə Respublikasında olurdu. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR