Şriftin ölçüsü / 670 dəfə oxunub

Rəsmi Moskva yeni sanksiyalara üzləşə bilər - ABŞ Rusiyanı HƏDƏLƏDİ

15 Aprel 2018 [16:43]

Amerika Birləşmiş Ştatları rəsmi Moskvanı xəbərdar edib ki, Kreml Bəşər Əsəd rejiminə dəstəyini davam etdirəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Bu haqda "Daily Mail” Ağ evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Ağ ev və Maliyyə Nazirliyi bu informasiyanı operativ şəkildə şərh edə bilməyiblər.

Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə ABŞ, Fransa və Böytük Britaniya Suriyadakı bəzi obyektlərə aviazərbələr endiriblər. Bu zərbələr əsasən Suriyanın hərbi bazalarına düşüb.

Rusiya prezidenti Vladimir Putin Qərb dövlərlərinin bu addımını kəskin tənqid edib/Modern.az



SON XƏBƏRLƏR