Şriftin ölçüsü / 457 dəfə oxunub

"60-a yaxın terrorçu təslim olub, yaralı ələ keçirilən terrorçular isə..." - Hulusi Akar

12 Mart 2018 [17:21]
 "PKK/YPG-PYD-nin işğalı altında olan bölgənin dinc sakinləri "Fərat qalxanı” əməliyyatı nəticəsində azad etdiyimiz bölgələrə köçürlər”.

Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar bildirib.

Onun sözlərinə görə, terrorçu İŞİD qruplaşmasının silahlıları da PKK sıralarına qatılırlar: "Əməliyyat başlayandan 60-a yaxın terrorçu təslim olub, yaralı ələ keçirilən terrorçular isə müalicə edilir. Məqsədimiz bölgədə əmin-amanlığı və sülhü təmin etmək, bölgəni başda terrorçu PKK/YPG-PYD olmaqla terror qruplaşmalarından təmizləməkdir. Bölgə, sadəcə, PKK-dan deyil, İŞİD terrorçularından da təmizlənir”.

Qeyd edək ki, martın 12-də "Zeytun budağı” antiterror əməliyyatının 52-ci günüdür. Antiterror əməliyyatı başlayandan (yanvarın 20-dən) bu günədək 3 min 347 terrorçu zərərsizləşdirilib/Report.


SON XƏBƏRLƏR