AMEA-da konfrans keçirildi - “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda

img

21-02-2018 [17:12]


Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu "Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Məmmədovanın Mia.az-a verdiyi məlumata görə, konfransı giriş nitqi ilə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə açaraq dünya ölkələrinin təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ barəsində geniş məlumat vermiş, cəmiyyətdə tibb hüququ sahəsində məlumatların olduqca səthi xarakter daşıdığını və bu fənnin Tibb Universitetində və hüquq fakültələrində tədrisinə ciddi zərurətin olduğunu vurğulamışdır.

Tədbirdə Tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan sağlamlığın qorunması mövzularına toxunulmuş, eyni zamanda, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququndan, Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə pasiyent hüquqlarından, tibb işçiləri və həkimlərin hüquqi statusundan, pasiyentlərin hüquqlarının pozulmasına görə məsuliyyətdən söhbət açılmışdır.

Onu da qeyd edək ki, AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən sözügedən fəaliyyət sahəsinin vacibliyi nəzərə alınaraq, hüquq elmində yeni sahə kimi "Tibb hüququ” dərsliyi çap edilmişdir. Dərslikdə əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi ilə bağlı əsas müddüalar və qüvvədə olan səhiyyə qanunvericiliyinin normaları nəzərə alınmaqla, aydın, lokonik və kompakt şəkildə əks etdirilmişdir.

Kitabda nəzəriyyə və praktikanın vəhtədi bu sahədə boşluğu aradan qaldırmaq üçün atılan ilk addımdır.

Tədbirdə Milli Məclisin deputatları və komitə sədrləri, Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, alimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR