Əri başqa qadınla görüşdü, 4 iynə udub özünü öldürmək istədi - Bakıda 29 yaşlı qadından şok hərəkət

img

21-02-2018 [09:49]


Bakıda gənc qadın intihara cəhd göstərib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR