“Azercell” Azərbaycanda ilk dəfə virtual ATS xidməti istifadəyə verib - CƏDVƏL + FOTO

img

15-02-2018 [20:10]


Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib. 


Fevralın 15-də  Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki,  ölkəmizdə ilk dəfə tətbiq olunan "Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

 

Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq. Virtual ATS xidmətin  üstünlüklərinə gəldikdə isə


- Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur

- Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq

 

Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə "Standart” və "Premium” Mobil ATS paketlərini də təqdim edir.

 

Standart paket

Qoşulan nömrələrin sayı

Şirkətdaxili nömrələrə göndərilən SMS sayı

Qiymət, AZN

1 – 10

500 SMS

100 AZN

11 – 30

1000 SMS

250 AZN

31 – 100

3000 SMS

600 AZN

101 və daha çox

10 000 SMS

750 AZN

 

 

Premium paket

Qoşulan nömrələrin sayı

Şirkətdaxili nömrələrə göndərilən SMS sayı

Qiymət, AZN

1 – 10

1500 SMS

250 AZN

11 – 30

3000 SMS

550 AZN

31 – 100

9000 SMS

1500 AZN

101 və daha çox

30 000 SMS

1800 AZN

 


Digər xəbərlər
SON XƏBƏRLƏR