"Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada başlarını qaldırmayacaq" - Tillerson

img

18-01-2018 [09:12]


ABŞ İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
 
"Hərbi missiyamız bir sıra şərtlərdən asılıdır. Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada başlarını qaldırmayacaq. Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik. O zaman İraqı tərk etməyimiz "Əl-Qaidə”nin sağ qalaraq İŞİD-ə çevrilməsinə gətirib çıxardı”, deyə R.Tillerson bildirib/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR