Şriftin ölçüsü / 1654 dəfə oxunub

“Bank of Baku”, "Baku Electronics", “Qafqaz Lizinq”, "Hyundai”... - Zərrabın Azərbaycandakı mülkləri də əlindən alınır

06 Dekabr 2017 [11:32]
Xəbər verdiyimiz kimi, hazırda ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabın bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. 

Belə ki, Zərabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib. Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.

Azərbaycanda ən məşhur banklardan biri olan "Bank of Baku”nun 40 faiz səhmdarı "NAB Holdinq” şirkətinə məxsusdur.  
«NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir.

Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir. Lakin şirkət rəhbərləri bunun Rza Zərrabla heç bir kommersiya əlaqəsi olmadığını bildirib.

Şirkət rəhbəri Omid Eromi baş verənlərdən narahat olduqlarını deyib: "Yanlış məlumat ola bilər. Mənim və şirkətimizin Zarrabla kommersiya heç bir əlaqəsi yoxdur. Özünü də son on ildə bir iki dəfə görmüşəm. Bu danışıqlar da təşkil olunan dəvətlərdəki qarşılaşmalar şəkilində olub".

Amma Türkiyə hüquq mühafizə orqanları bu holdinqin də Rza Zərrabla bağlı olduğuna israrlıdır. Bu şirkətə Rza Zərrabın əmisi Omid Mohaghegh Oromini və onun oğlu Şahram Mohaghegh Oromi rəhbərlik etdiyi üçün bu fakt sübuta yetirilir.

İddialardan sonra Rza Zərrabın bacısı əri Ş.Eromi "NAB Holdinq”in idarə heyəti üzvlüyündən də gedib.

«NAB Holding» Azərbaycanda "Auto Azerbaijan" avtomobil şirkətinə də nəzarət edir. Ölkəmizdə "Hyundai” markalı avtomobillərin və sərnişin avtobuslarının eksklüziv rəsmi distribyutorudur.

Bununla belə, "Baku Electronics" şirkətinin sahibi və Samsung, Siemens, Bosch, Tefal, Nintendo, Moulinex, Sony, LG, Electrolux və Canon markaları ilə yanaşı və digər elektron avadanlıqlarının 80-a yaxın markasının rəsmi distribütorluğunu həyata keçirir və Azərbaycanda bu markalar istehlakçılara 50-dən çox satış nöqtəsi təklif edir.

Bununla belə, Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan "Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir. "Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.

Məlumatda qeyd edilir ki, bütün bu şirkətlərlə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və yaxın günlərdə R.Zərrabın Azərbaycandakı bu mülkləri də əlindən alınacağı iddia edirlir(unikal.org).




SON XƏBƏRLƏR