BMAM-da çevik icra strukturu formalaşdı - Yeni təyinatlar

img

14-11-2017 [11:12]


Noyabrın 14 də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib.

iclasda Mərkəzin gördüyü işlər, fəaliyyət istiqamətləri, geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi geniş müzakirə olunub.

Azərbaycan Respublikası Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü , BMAM sədri Rufiz Qonaqov iclasda çıxış edərək , Mərkəzin gördüyü işlər , həyata keçirdiyi layihə və tədbirlər , qarşıda duran vəzifələr , çevik icra strukturunun yaranması zərurəti və yeni təyinatlarla bağlı çıxış etmişdir.

Sədr Rufiz Qonaqov bildirmişdir ki , Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atmış , xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün vacib layihələr həyata keçirmişdir. BMAM rəhbəri Mərkəzin ölkəmizin içtimai həyatında fəal mövqeyə malik olduğunu , indiyədək ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini bütün yerli və beynəlxalq konfrans , görüşlər və tədbirlərdə təmsil olunduğunu xüsusi qeyd etmişdir.

İclasda Mərkəzin yeni icra strukturu , tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukruna müvafiq olaraq , yeni təyinatlar edilib.

BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov, Eldar Orucov, Nazim Süleymanov, Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri , Esmira Həmzəbəyova sədrin köməkçisi – baş məsləhətçi , Nurlanə İsmayılova baş məsləhətçi, Muxtar Vəliyev, məsləhətçi, və Cəbrail Fərzəliyev ekspert təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR