Şriftin ölçüsü / 416 dəfə oxunub

Ərdoğanın hədəfə aldığı ABŞ səfiri danışdı: "Əgər başqa əlaqələri varsa, sübutları görmək istəyirik" - Con Bass Ankaradan gedir

11 Oktyabr 2017 [18:47]

Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranında adı qırmızı xətlə keçən Amerikanın Ankaradakı səfiri  Con Bass bu gün "Diplomatiya müxbirləri" dərnəyində keçirilən topantıda gündəmlə bağlı açıqlama verib.

Mia.az "Habertürk TV"yə istinadən xəbər verir ki, Con Bass ifadəyə çağırılan baş konsülluq əməkdaşı N.M.C-nin ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda saxlandığı haqda iddiaları təkzib edib: "ABŞ diplomatik missiyalarında heç kim saxlanılmır. Heç bir əməkdaşımızı da istintaqdan yayındırmırıq".

Səfir çıxarıldığı məhkəmədə həbs edilən konsulluğun digər əməkdaşı Mətin Topuz haqqında da danışıb:

"Topuzun niyə həbs olunması haqda hələ də bir cavab ala bilmirik. Əgər o, vəzifə səlahiyyətini aşıb,  başqa əlaqələr qurubsa, bunun sübutlarını görməkdən məmnun olarıq. Topuz mütəşəkkil cinayətlər və narkotiklərə qarşı mübarizə departamentində işləyib. Onun sayəsində bir çox narkotik qaçaqmalçı həbs olunub".

Con Bass deyib ki, viza qadağası haqda qərar səfirlik tərəfındən deyil, ABŞ höküməti tərəfındən alınıb.

Viza böhranının İncirlik hərbi bazası və digər sahələrdəki hərbi əməkdaşlığa necə təsir edəcəyi haqda suala gəldikdə isə, səfir bildirib ki, bu sualı türk səlahiyyətlilərinə vermək lazımdır.

Səfir Gülənin təhvil verilməsi tələbinin digər tələblərdən fərqlənmədiyini deyib. Əlavə edib ki, Türkiyə ilə bir çox sahələr üzrə çox yaxşı iş birliyi var: "Məsələn, Türkiyədə 9.5 aydır İŞİD terror aktı keçirə bilmir. Bunun səbəbi ABŞ-Türkiyə iş birliyidir".

Con Bass Şimali İraqda keçirilən referenduma da münasibətini açıqlayıb və qeyd edib ki, ABŞ müstəqil kürd dövlətini və bölgədə yeni kürd dəhlizinin yaradılmasını dəstəkləmir.

Sonda isə o, həftənin sonunda Türkiyədən ayrılacağını deyib.

Qeyd edək ki, Con Bass ABŞ-ın Əfqanıstandakı səfiri təyin edilib. 

Xatıradaq ki, rəsmi Ankara, daha dəqiqi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan viza qamaqalında  məhz səfir Con Bassı günahlandırıb və onu tənqid edib:

 "Sən (Con Bassa xitabən-redak) Türkiyə - ABŞ münasibətlərini necə pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ şübhəlisinin orada işlədiyi üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ konsulluğuna necə sızıb və ya kim onları ora soxub?

Bu səfir Türkiyədə vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".

Ərdoğanın səfiri hədəfə alan açıqlamasını aşağıdakı videodan tam izləyə bilərsiniz:


Mia.az



SON XƏBƏRLƏR