Məşhur general bir qrup kürd lideri ilə Kərkükə girdi – Referendumu dayandırmaq üçün İran əməliyyata başladı

img

25-09-2017 [11:20]


İranın məşhur generalı, "Qüds Qüvvələrinin” komandanı general Qasım Süleymani Kürdüstanın müstəqilliyi barədə keçirilən referendumu dayandırmaq üçün Kərkükə gəlib.

Mia.az xəbər verir ki, bu barədə Kurdistan.ru saytı "Amerikanın Səsi”nin fars bürosuna istinadən məlumat yayıb. 

Məlumatda qeyd ounub ki, general Süleymani Kərkükə sentyabrın 23-də kürd partiyası olan "Kürdüstan Vətənpərvərlər İttifaqı”nın (KVİ) rəhbərləri ilə birgə gəlib. 

KVİ-dəki mənbələrin büronun əməkdaşı Əli Cavanmerdiyə verdikləri məlumata görə, Süleymani Kərkükdə referendumun keçirilməyəcəyini bəyan edib: 

"Onların əsas vəzifəsi Kürdüstanla bağlı keçirilən referendumu dayandırmaqdır. Qasım Süleymani  ilə bərabər "KVİ”-nin liderləri Molla Bəxtiyar, Əmad Əhməd, Qədir Əziz, Asso Almani və Cəlal Təlabaninin oğlu Pavel Tələbani də Kərkükə gəlib”.

İran komandanı tərəfindən dəstəklənən "Kürd Vətənpərvərlər İttifaqı” partiyasının rəhbərliyi bu əməliyyata görə Süleymaniyyə şəhərindən 100-lərlə antiterror qrupu gətiriblər.

Kərkükün qubernatoru isə İran generalının bu addımının əleyhinə çıxıb. O,  general Suleymaniyə mane olmağa, əməliyyatı dayandırmağa çalışıb: "Mənbə bildirir ki, Qasım Süleymaninin rəhbərlik etdiyi əməliyyat məxfi olaraq Türkiyə və Bağdad tərəfindən dəstək verilir” –deyə, "Amerikanın Səsi” qeyd edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR