ABŞ bu öllkənin diplomatlarını qovdu - Səbəb

img

10-08-2017 [12:43]


ABŞ Dövlət Departamenti Kubanın Vaşinqtondakı səfirliyində çalışan iki diplomatı deportasiya edib.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert Kubadakı amerikalı diplomatların döyülməsi iddiaları ilə bağlı sualları cavablandırarkən deyib.

Amerikalı diplomatların səhhəti haqqında məlumat verməyən Noyert onların vəziyyətinin Vaşinqton rəhbərliyini narahat etdiyini bildirib. O, hadisənin təfərrüatları haqqında danışmaqdan çəkinib.

Qeyd edək ki, ABŞ mətbuatında çıxan bəzi xəbərlərdə diplomatlarının Kubada döyüldüyü və onlardan birinin eşitmə qabiliyyətini itirdiyi iddia edilib. Rəsmi Vaşinqtonun məhz bu olaya görə kubalı diplomatları qovduğu deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR