Şriftin ölçüsü / 155 dəfə oxunub

“Qarabağ” UEFA-ya müraciət edib - Səbəb

17 Iyul 2017 [23:25]

Məlum olduğu kimi, "Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Samtredia”yla qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.

Bunu nəzərə alaraq, "Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə ağdamlıların rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.

Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.



SON XƏBƏRLƏR