"Qarabağı azad etmək istəyiriksə, ...” - Partiya sədrindən xəbərdarlıq

img

29-05-2017 [16:08]


2015-ci ildə ailəsiylə bərabər Azərbaycana sığınan, daha sonra öz istəyi ilə üçüncü ölkəyə mühacirət edən erməni hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyanın Ermənistan kütləvi informasiya vasitələrilə ölkəmizin əleyhinə çıxış etməsi və erməni xalqından üzr istəməsi bir məşhur Azərbaycan atalar məsəlini (İlanın ağına da lənət, qarasına da) xatırlatdı. Azərbaycanın qucaq açdığı bu şəxs indi ölkəmizə qarşı danışmağa başlayıb.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:

"Bu ailə 2015 - ci ildə ölkəmizə gələndə bəzi hüquq müdafiəçiləri az qala onları ovuclarının içərisində saxlayırdılar. Mən Hafiz Hacıyev dəfələrlə buna sərt formada etiraz etdim. Bu ailəni Azərbaycana dəvət edən, onlara qonaqlıq verənlərin qanını yoxlatmaq lazımdır. Onlar ermənilərlə qohumdur. Erməni ermənidir, onlardan bizə dost olmaz. Erməniləri Azərbaycana dəvət etməklə özümüzü humanist xalq kimi göstəririk, amm ermənilər ölkəmizə gəlib buradan məlumatları Ermənistana ötürürlər. Xocalı soyqırımını törədən şəxslərə bu qədər səmimiyyət göstərmək doğru deyil. Azərbaycanda ermənilərlə qohumluğu olan şəxslər məmur olmamalıdır. Heç bir erməni Azərbaycanda qalmamalıdır. Belə olacağı halda biz Qarabağ məsələsini həll edə bilməyəcəyik. Qarabağı azad etmək istəyiriksə ilk öncə erməni agentlərini və onlara dəstək verən şəxsləri ölkəmizdən qovmalıyıq.”

Digər xəbərlər
SON XƏBƏRLƏR