Bakıda onkoloji xəstəliklərə həsr olunmuş simpozium keçiriləcək - Açıqlama

img

19-05-2017 [19:31]


Azərbaycan Texniki Universitetinin və Türkiyənin nüfuzlu Özəl Koru Xəstəxanasına bağlı Ali İxtisas Universitetinin birgə təşkilatçılığı ilə mayın 23-də Bakıda "İnnovativ texnologiyalar istiqamətində onkoloji yanaşma” adlı simpozium keçiriləcək.

Bu barədə Mia.az-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin aktzalında baş tutacaq tədbirdə Türkiyənin və Azərbaycanın nüfuzlu alimləri iştirak edəcəklər. 

Simpozium Türkiyənin nüfuzlu uroloq-alimlərindən olan professor Həsən Birinin "Kök hüceyrələrinin nəqlində yeniliklər və umminterapiya” mövzusunda edəcəyi məruzə ilə öz işinə başlayacaq. 

Bir gün davam edəcək simpoziumda onkoloji xəstəliklərin müalicəsi istiqamətində son illər əldə olunmuş eimi nailiyyətlər müzakirə ediləcək, hər iki ölkənin nüfuzlu elm xadimlərinin məruzələri dinləniləcək.

Simpoziumda mütəxəssislərin, tələbələrin, ictimaiyyət nümayəndələrinin və onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslərin iştirakı nəzərdə tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR