YAP Binəqədi rayon təşkilatında konfrans - Sədr və müavinləri seçildi

img

19-05-2017 [13:24]


Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX hesabat-seçki konfransı keçirilib. 
 
Mia.az APA-ya istinadən bildirir ki, RİH başçısı Xaləddin İsgəndərov, Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin komitə sədri Əli Hüseynli, YAP İcra Katibliyinin baş təlimatçısı Misirxan Vəliyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sığorta Şirkətinin direktoru Məmməd Məmmədov, digər rəsmi şəxslər, konfransa seçilmiş nümayəndələr iştirak ediblər.
 
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov konfransın gündəliyində duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, konfransda rayon təşkilat sədrinin 2012-ci ildən indiyədək hesabat məruzəsi və bir sıra təşkilatı məsələlər müzakirə olunacaq. O, hesabat məruzəsində qeyd edib ki, hesabat-seçki konfransı əlamətdar bir dövrə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə təsadüf edir. R. Göyüşov təşkilatının üzvlərinin sayının 3172 nəfər artaraq, 15450 nəfər təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, rayon təşkilatının IX konfransına hazırlıq məqəsdilə 188 ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib və IX konfransa nümayəndələr
 
Rayon təşkilatının nəzarət təftiş komissiyasının sədri Yolçu Zeynalov YAP-ın Nizamnaməsinə uyğun olaraq, rayon təşkilatında nizam-intizamın möhkəmləndirilməsi, partiyadaxili işlərin düzgün qurulması, partiya üzvləri tərəfindən üzvlük haqlarının ödənilməsi, maliyyə intizamına əməl edilməsi və digər vəzifələrin icra olunduğunu bildirib. Rayon təşkilatının fəaliyyətində nöqsan aşkarlanmayıb.
 
Konfransda geniş nitq söyləyən Eldar İbrahimov YAP-ın yaranma tarixinə nəzər salıb. Millət vəkili Kamaləddin Qafarov YAP-ın dövlətimizin inkişafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən uğurlu işləri diqqətə çatdırıb.
 
Daha sonra təşkilati məsələlərə baxılıb. Konfrans iştirakçılarının yekdil qərarı ilə 67 nəfərdən ibarət şura, 25 nəfərdən ibarət İdarə heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçilib. Ramiz Göyüşov rayon təşkilatının sədri, Eldar İbrahimov, Əli Hüseynli, Vüsar İsmayılov, Hüseyn Əsgərov və Tünzalə Zeynalova isə rayon təşkilatı sədrinin müavinləri seçiliblər.
 
Konfransda yekun qətnamə qəbul edilib.
 
Konfransında yekun nitq söyləyən Xaləddin İsgəndərov YAP-ın Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR