Pekin ABŞ-a nota verdi- Tələbələrin vizalarının ləğvi ilə bağlı

img

30-05-2025 [16:03]


Rəsmi Pekin ABŞ-ın ölkədə təhsil alan çinli tələbələrin vizalarını ləğv edəcəyinə operativ etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Çinin Vaşinqtondakı səfirliyi ABŞ hökumətinə etiraz notası verib.

Notada çinli tələbələrə qarşı qərarın siyasi motivlərlə verildiyi iddia olunub və bu, irqi- ayrıseçkiliklə əlaqələndirilib. 

Çin Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bu qərar qəbulolunmazdır: "ABŞ-ın siyasi motivlərlə atdığı bu addəm ikiüzlülüyün göstəricidir"

Qeysd edək ki, Dövlət Katibi Marko Rubio bildirib ki, Çin Kommunist Partiyasına bağlı olan və kritik tədqiqat sahələrində çalışan çinli tələbələrin vizaları ləğv olunacaq. 

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR