Şriftin ölçüsü / 609 dəfə oxunub

Zakir Qaralov əmr verdi - Bəxtiyar Vahabzadənin oğlu təqaüdə göndərildi, daha iki prokuror dəyişdi

21 Aprel 2017 [10:04]

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.



SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi