Şriftin ölçüsü / 1567 dəfə oxunub

Nəqliyyat Nazirliyinin mətbuat katibi işsiz qaldı - Ərizəsini yazıb

13 Mart 2017 [16:44]
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov tutduğu vəzifəsindən uzaqlaşıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, nazirlik ləğv edildikdən sonra Namiq Həsənov bir müddət yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qalacağına ümid etsə də, artıq bu ümidlər sona çatıb. 

O, müəyyən səbəblərdən könüllü şəkildə vəzifəsindən getmək üçün ərizəsini yazıb. Bununla da N.Həsənov uzun illərdir çalışdığı Nəqliyyat Nazirliyi ilə yollarını ayırmalı olub.

Məsələ ilə bağlı N.Həsənovla əlaqə saxlasaq da, o, telefon zənglərimizə cavab verməyib.

Xatırladaq ki, 2017-ci il fevral ayının 13-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?