"Azərbaycandan müsbət dinamika müşahidə olunacaq" - "Fitch"dən proqnoz

img

25-02-2017 [10:59]


"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində saxlayıb. 

Agentliyin yaydığı məlumata görə, reytinq üzrə proqnoz neqativdir.

Bildirilir ki, Azərbaycan hökumətinin aşağı səviyyəli borcu reytinqin sabit saxlanılmasında əsas rol oynayıb. Agentlik qeyd edir ki, Azərbaycan hökuməti neftin yüksək qiymətə satıldığı vaxtda əldə olunan gəlirlərin qorunub saxlanılmasına nail olub.
 
Reytinq üzrə proqnozun neqativ olmasına gəlincə, bildirilir ki, maliyyə sektorunun yenidən təşkil olunduğu bir vaxtda makroiqtisadi risklər qorunmaqdadır(APA).

 "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda da deyilir ki, neft qiymətlərinin stabilləşməsi hesabına cari ildə Azərbaycanın dövlət büdcəsinin saldosunda müsbət dinamika müşahidə olunacaq. 
 
Bildirilir ki, qəbul olunması nəzərdə tutulan yeni büdcə qaydası ortamüddətli perspektivdə büdcə xərclərinin azaldılmasına səbəb ola bilər: 

"Büdcə kəsirinin böyük hissəsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına örtülür. 2015-2016-cı illərdə dollarda olan aktivlərin dəyərinin azalmasına baxmayaraq, ötən ilin sonuna onların həcmi ÜDM-in 92%-nə (33,1 mlrd. dollar) bərabər olub ki, bu da komfort səviyyəsi hesab olunur.

 Bununla yanaşı, ARDNF-in vəsaitləri daha likvid aktivlərə yönəldilib ki, bu da dövlət borcunu nəzarət altında saxlamağa imkan yaradır. 2016-cı ilin sonuna Azərbaycanın dövlət borcu ÜDM-in 22,5%-nə bərabər olub. "BB" reytinqinə malik olan ölkələr qrupu üçün bu göstərici maksimum 51,1% ola bilər. Hərçənd dövlət borcunun valyuta baxımından tərkibi qeyri-qənaətbəxşdir. Belə ki, 2016-cı ilin sonuna borcun 88,2%-i xarici valyutada ifadə olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR