Azay Quliyevdən 1-ci vitse-prezident təyinatına reaksiya: "Bu, çox mühüm bir hadisədir"

img

22-02-2017 [14:24]


"Böyük ictimai nüfuza və  dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən,  ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən hörmətli  Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi çox mühüm bir hadisədir".

Bu sözləri Mia.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Azay Quliyevin sözlərinə görə, dövlət başçısının bu qərarı ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən dogru qərardır:

  "Əminəm ki, biz hamımız  Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident kimi uğurlu və effektiv fəaliyyətinin şahidi olacagıq".  

Digər xəbərlər
SON XƏBƏRLƏR