“Məni Avropa Birliyi deyil, Ayşə, Fatma nə deyir, bu maraqlandırır” – Ərdoğan

img

17-02-2017 [21:35]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edam qərarı ilə bağlı mövqeyini bir daha açıqlayıb.

Referendumla bağlı Ərdoğan Qəhramanmaraşda yerli sakinlərlə keçirilən görüşdə edam şüarlarına münasibətini bildirib.

Yerli sakinlərin edamla bağlı şüarlar səsləndirməsinə Ərdoğan, "Bəli, səsimizi verəcəyik. Bu məsələ parlamentdə gündəmə gələcək, qərarın parlamentdən də keçəcəyinə inanıram. Çünki bunu qəbul etmək boynumuzun borcudur. Avropa Birliyi belə-elə deyir, bunlar məni maraqlandırmır. Ayşə, Fatma nə deyir, Allah nə deyir, bu, məni maraqlandırır", - söyləyib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR