Şriftin ölçüsü / 128 dəfə oxunub

Türkiyə parlamentində əlbəyaxa dava - AKP və CHP üzvləri bir-birini yumruqladı

12 Yanvar 2017 [00:35]

Türkiyə parlamentində dava olub.

Hadisə Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı baş verib.

3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər.

Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.

Dava üzündən səsvermə yarımçıq qalıb.

Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.

APA



SON XƏBƏRLƏR