Şriftin ölçüsü / 284 dəfə oxunub

"Azərbaycanda şəriət sistemi qurulması təhlükəsi yoxdur" - Qaya Əliyev

27 Noyabr 2015 [12:43]

"Azərbaycanda şəriət sistemi və ya teokratik rejim qurulması təhlükəsi yoxdur. Bu sahədə olan narahatlıqlar fikrimcə, o qədər də əsaslı deyil". 

Bu fikirləri mia.az-a açıqlamasında hüquqşünas Qaya Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı kifayət qədər sekulyar xalqdır. "Məsələ burasındadır ki, hələ Ərəb Xilafətnin ən qüdrəti olduğu dövrlərdə belə Azərbaycanda teokratik rejimli dövlət aparatı və bürokratiya bərqərar etməyə tam müvəffəq olunmayıb. Belə olan halda, XXI əsrdə Azərbaycanda buna nail olmaq qeyri-mümkündür. Azərbaycan xalqı 1995-ci il 12 noyabr tarixli referendumda qəbul etdiyi Konstitusiyanın 7-ci maddəsində dünyəvi dövlət quruculuğu iradəsini bir daha qəti şəkildə bəyan edib. Odur ki, bu istiqamətdə göstəriləcək hər hansı bir cəhd dövlət aparatı, hüquq-mühafizə orqanları ilə yanaşı, sekulyar Azərbaycan cəmiyyətinin də birmənalı şəkildə qəti müqaviməti ilə rastlaşacaq"- deyə Q.Əliyev fikrini tamamlayıb.



SON XƏBƏRLƏR