İcra başçısı sərəncam verdi - Toplantı (FOTO)

img

24-11-2014 [19:02]


Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən toplantıda rayonda humanitar sahədə görüləcək işlər müzakirə edilib.

AzərTAc xəbər verir ki, toplantıda humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi və bu siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyalı fəaliyyəti Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısında duran prioritet məsələlərdən biri kimi səciyyələndirilib.

Yerlərdə vətəndaşlarla müntəzəm əlaqələrin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun yaxşılaşdırılması, ekologiya, turizm, səhiyyə, idmanın inkişafı, gənclər və uşaq siyasəti və digər sahələrdə qarşıda duran vəzifələrin icrası məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən tədbirlər planı hazırlanıb və müvafiq istiqamətlər üzrə strateji hədəflər müəyyənləşdirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək indiyədək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirlər planı barədə məlumat verib. O, rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahələrindəki mövcud vəziyyəti haqqında danışıb, uğurlarla yanaşı, həmin sahələrdə mövcud olan bir sıra çatışmazlıqları da diqqətə çatdırıb.

Digər çıxışlarda humanitar sahədə görülən işlərdə uğur qazanılması üçün cəmiyyətin bütün fəalları, xüsusilə də ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd edilib. Həmçinin ictimai asayişin qorunması, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyəti vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR