Binəqədidə quruculuq işləri - “Təmiz Binəqədi” layihəsinin məqsədi

img

12-11-2014 [12:10]


Son günlər dövrü mətbuatda dartışılan mövzulardan biri də Binəqədi rayonu ilə bağlıdır. Binəqədi rayonuna icra başçısı Xaləddin İsgəndərov təyin olunandan sonra rayonda "Təmiz Binəqədi” layihəsinə start verildi. 

Rayonda quruculuq işləri ilə yanaşı, belə bir layihəyə start verilməsi isə deyəsən olduğu kimi, qəbul olunmur və az qala 10 ilə görülə bilinəcək işlərin iki gündə görülməsi istənilir. Yada salaq ki, bu gün Bakıda daxil olmaqla, rayonlardakı tikililərin, yolların, kommunal sahələrin böyük hissəsi sovetlər birliyindən qalıb və bu da rayon rəhbərlərinə bir tərəfdən gündəlik olaraq rayonların inkişafı istiqamnətində iş görməyi lazımlı edirsə, digər tərəfdən də sovetlər birliyindən qalmış problemləri aradan qaldırmağı vacib edir. Bu baxımdan "Təmiz Binəqədi” layihəsi örnək olacaq bir layihə kimi qəbul olunmalıdır və bunun nəticələrini artıq görürük. Elementar statistik rəqəmlərə baxsaq,0 bu layihə vasitəsi ilə rayonda məhəllələrarası yolların yeniləşməsinin, parkların salınmasının şahidi olarıq. Bu gün Binəqədi rayonunda məhəllələr arasında idman qurğularıınnı yerləşdirilməsi, mini stadionların yaradılması və əhalinin xidmətinə pulsuz verilməsini xüsusi ilə qeyd etmək lazımdır. Ama bu layihə ilə yanaşı, rayonda bir ay ərzində görülən işlərə də diqqət ayırmaq yerinə düşərdi. 2014-cü ilin oktyabr ayında Binəqədi rayonu ərazisində 344 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 386 p/m su xətti dəyişdirilib, 816 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 10340 p/m kanalizasiya xətti təmizlənib.

Binəqədi QİS ərazisində 3347 p/m qaz xətti çəkilib. 6, 7, 8, 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində, Z.Əliyeva adına parkda 208 ədəd yarasız lampa, 78 ədəd drossel və 366 metr yanmış kabel dəyişdirilib.

7, 8-ci mikrorayon, Z.Bünyadov prospekti, Azadlıq prospekti, C.Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 123 metr boru və 10 ədəd siyirtmə dəyişdirilib. 6-cı mikrorayonda və M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 28 ədəd ventil, 12 ədəd siyirtmə təmir edilib və 39 metr boru bərpa edilib.

TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib. 1 ədəd 400 kv transfarmator quraşdırılıb. TM 49, 120, 267, 520, 599, 665, 728, 840, 845, 860, 

904 yeni avadanlıqlarla təftiş olunub. 3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
Dərnəgül yaşayış sahəsi, Naxçıvani küçəsi, Z.Bünyadov prospekti, 7 və 9-cu mikrorayonlara 843 metr elektrik kabel xətti çəkilib.

18 binanın fasadında əsaslı təmir işləri davam etdirilib, 15 yaşayış binasının girişində təmir işləri aparılıb. Azadlıq prospekti 28 saylı binanın həyətində abadlıq işləri aparılıb.10 binada 1050 kv. metr yumşaq dam örtüyü təmir edilib, 7 ədəd yeni lift quraşdırılıb.

Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, H.Əliyev parkında, Z.Əliyeva adına parkda, F.Hümbətov adına parkda, A.Sultanova adına parkda, R.Aboyev adına parkda, Azadlıq prospekti metrosunun üstündə, Dərnəgül metrosuna yaxın ərazidə yeni ağaclar əkilib, ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.

Bunu da qeyd edək ki, 2015-ci ildə Azərbaycanda ilk dəfə Avropa olimpiadası keçiriləcək və demək olar ki, "Təmiz Binəqədi” layihəsi həmdə olimpiada öncəsi abadlıq işlərinin sürətini artırıb, binaların fasadları dəyişdirilib və quruculuq işləri davam etdirilməkdədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq