Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayıb - MƏTN
GÜNDƏM
06.03.2026, 18:12
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
Mia.az xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.
Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
KTİN-in keçmiş mətbuat katibinə bu qurumda vəzifə verildi
Bugün, 12:34 PRESS
-
Sabah yağış yağacaq
Bugün, 12:31 GÜNDƏM
-
MAY GƏLDİ: bu ay 14 gün iş olmayacaq
Bugün, 12:25 GÜNDƏM
-
Qarabağda indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb
Bugün, 12:09 GÜNDƏM
-
ABŞ-dan gözlənilməz xəbərdarlıq: Azərbaycana səfəri yenidən nəzərdən keçirin - Nə baş verir?
Bugün, 12:05 SİYASƏT
-
Azərbaycan Avropa parlamenti ilə bütün sahələrdə əlaqələri dayandırdı - MM qərar qəbul etdi (MƏTN)
Bugün, 11:52 SİYASƏT
-
ADU-nun Türk Dünyası Araşdırmaları Mərkəzi tədbir keçirib - FOTO
Bugün, 11:48 SİYASƏT
-
Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
Bugün, 11:43 SİYASƏT
-
Fransanın məşhur komandası türk məşqçi ilə danışıqlara başlayıb
Bugün, 11:36 İDMAN
-
Arda Turanın komandası tur şansını çətinləşdirib
Bugün, 11:19 İDMAN
-
Diplomatların Qarabağa səfəri təşkil edilib - Hikmət Hacıyevin müşayiəti ilə
Bugün, 11:16 SİYASƏT
-
DAHA İKİ MƏŞHUR XƏSTƏXANAYA DİREKTOR TƏYİN OLUNDU - TƏBİB rəhbərindən növbəti dəyişiklik
Bugün, 11:01 GÜNDƏM
-
Gələn həftə üç gün ardıcıl rəsmi iş olmayacaq
Bugün, 10:57 GÜNDƏM
-
Bakıda ictimai nəqliyyatda gedişhaqqı artıq çıxılır? - VİDEO
Bugün, 10:48 CƏMİYYƏT
-
"SEMAŞKO" İLƏ "YENİ KLİNİKA"YA DİREKTORLAR TƏYİN EDİLDİ - TƏBİB-in yeni rəhbərindən yeni əmrlər (FOTO)
Bugün, 10:36 CƏMİYYƏT
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 10:16 CƏMİYYƏT
-
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Bugün, 10:05 PRESS
-
TƏBİB-in İCRAÇI DİREKTORUNA YENİ MÜAVİN TƏYİNATI OLDU - O, kimdir? (FOTO)
Bugün, 10:05 GÜNDƏM
-
Azərbaycan nefti 122 dollara satılır
Bugün, 09:58 İQTİSADİYYAT
-
BƏƏ öz vətəndaşlarına 3 ölkəyə səfər qadağası qoyub
Bugün, 09:43 DÜNYA
-
Misirdə “mumiya heykəl”in "mədə"sindən tarixi əsərdən bir parça çıxdı
Bugün, 09:43 MƏDƏNİYYƏT
-
Ekspert İlqar Əliyev həbsxanada vəfat edib
Bugün, 09:34 CƏMİYYƏT
-
Eynulla Fətullayev Haqqın.az saytını satdı
Bugün, 09:21 PRESS
-
Bərdədə iki nəfər 8 kq narkotik vasitə ilə tutulub
Bugün, 09:16 KRİMİNAL
-
Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 31 yaralı var
Bugün, 09:12 KRİMİNAL
-
Konfrans Liqası: ispan komandası tək qolla rəqibini məğlub etdi
Bugün, 08:59 İDMAN
-
Avropa Liqası: "Braqa" qalib gəldi
Bugün, 08:51 İDMAN
-
Məşhur rejissorun Oskar mükafatı oğurlanıb - Təyyarədə
Bugün, 08:47 MƏDƏNİYYƏT
-
ABŞ–İran qarşıdurması qlobal sistemi sarsıdır - Enerji müharibəsi dünya iqtisadiyyatı çökür
Bugün, 08:37 İQTİSADİYYAT
-
Tehrana zərbə endirilib? – Paytaxtda hava müdafiə müdafiə sistemləri işə salınıb
Bugün, 00:41 GÜNDƏM
-
FİFA prezidenti: “Bir daha deyirəm: İran DÇ-2026-ya…”
Bugün, 00:22 İDMAN
-
Qalibaf: “Sərhədlərimiz uzundur, quru blokadası mümkün deyil”
Bugün, 00:15 GÜNDƏM
-
Hakan Fidan Ukrayna Milli Təhlükəsizlik katibi ilə görüşüb
Bugün, 00:11 GÜNDƏM
-
DÜNYA İQTİSADİYYATI ÜÇÜN DAHA BİR TƏHLÜKƏ ZƏNGİ ÇALINDI: Bab əl-Məndəb boğazı da qapadılacaq!
Bugün, 00:06 GÜNDƏM