Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
CƏMİYYƏT
15.02.2026, 14:09
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
DİM-dən Mia.az-a verilən məlumata görə, imtahan elektron formada kompüterlər vasitəsilə keçirilib.
İlkin məlumatlara əsasən, 1 nəfərin üzərində yardımçı vasitələr (konspekt) aşkar olunduğu üçün imtahandan kənarlaşdırılıb.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Yekun imtahan nəticələri "Danışıq bloku" imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.
Bildirilib ki, imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Qeyd olunub ki, həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Həmçinin bildirilib ki, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müğənni: "O, klipə səhlənkar yanaşdı, sən demə, kadrlar pozulub"
Bugün, 18:03 ŞOU-BİZNES
-
Böyük Mərdəkan qəsrində çökmə: əraziyə giriş məhdudlaşdırıldı
Bugün, 18:00 MƏDƏNİYYƏT
-
Britaniya ABŞ-ın qərarına qarşı çıxdı: “Olmaz!”
Bugün, 17:45 İQTİSADİYYAT
-
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Bugün, 17:27 MƏDƏNİYYƏT
-
Tibb Universiteti 110 min manatlıq təyyarə bileti alacaq
Bugün, 17:24 CƏMİYYƏT
-
Laçında "Bəylik Bağları" bərpa edilir
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Əhalinin borc yükü artıb
Bugün, 16:59 İQTİSADİYYAT
-
Dövlət qurumları Xəzərdə birgə monitorinq keçirib
Bugün, 16:54 CƏMİYYƏT
-
ABŞ-İran danışıqları çökdü, Rusiya yenidən ortaya girdi - Kremldən sürpriz təklif var
Bugün, 16:41 GÜNDƏM
-
“Tempo Baku” restoranının qarşısında kütləvi dava - VİDEO
Bugün, 16:24 GÜNDƏM
-
RƏSMİ PEKİN DİLƏ GƏLDİ - Çindən Hörmüz boğazı ilə bağlı bəyanat
Bugün, 16:10 GÜNDƏM
-
Kamran Əliyev Çinə gedib
Bugün, 16:09 GÜNDƏM
-
AzE Estetik Mərkəzin direktorunun cəzası azaldıldı - Ülviyyə İlyasova nədə ittiham olunur? (Yenilənib)
Bugün, 16:02 KRİMİNAL
-
UNEC-in prorektoru vəzifədən azad olunub
Bugün, 15:42 CƏMİYYƏT
-
Orxan Fikrətoğlu sədr gəlmək istəmir - Nazirin müşaviri yayılan xəbərə belə reaksiya verdi
Bugün, 15:35 MƏDƏNİYYƏT
-
TƏBİB-də yeni dəyişiklik - Elnur Hidayətoğlu yüksək vəzifəyə təyinat aldı
Bugün, 15:31 PRESS
-
Rezidenturaya ərizə qəbulu başlayıb
Bugün, 15:22 CƏMİYYƏT
-
Saşa İliç Mia.az-a danışdı: "Əslində, hər oyundan öncə dua edirik" - VİDEO
Bugün, 15:11 İDMAN
-
Milli Məclis bu sənədləri ratifikasiya edəcək - SİYAHI
Bugün, 15:08 GÜNDƏM
-
Ramin Nurəhmədov vəzifədən azad olunub
Bugün, 14:53 İQTİSADİYYAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyardı ötüb
Bugün, 14:35 İQTİSADİYYAT
-
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bugün, 14:30 GÜNDƏM
-
Papa Trampa cavab vermədi: "Onunla mübahisəyə girmək istəmirəm"
Bugün, 14:16 GÜNDƏM
-
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin olunub
Bugün, 14:11 PRESS
-
Sabiq baş mühasibin işi məhkəməyə göndərildi
Bugün, 14:03 KRİMİNAL
-
ABŞ-İran: Diplomatiya bitdi, müharibə yenidən başlamayıb… - Çin səssiz görünür, amma... (TƏHLİL)
Bugün, 13:49 SİYASƏT
-
Çılpaq fotoları yayılan konsul istefa verdi və…” – Hər kəsdən üzr istəyirəm, heç olmasa… + FOTO
Bugün, 13:27 ŞOU-BİZNES
-
Deputat: “Tədbirlər görülməsə, yeyintilər 100 milyona çatar”
Bugün, 13:23 İQTİSADİYYAT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Bugün, 13:02 İQTİSADİYYAT
-
Yağış yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:50 CƏMİYYƏT
-
"Bunun üçün qurumun kifayət qədər kadrı, potensialı var, amma..." - Keçmiş sədr yeni sədrə məsləhət verdi
Bugün, 12:34 İQTİSADİYYAT
-
Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək
Bugün, 12:22 GÜNDƏM
-
"Oturub havadan müqavilə tərtib edirlər və..." - Ekspert "Kapital Bank"dan yazdı
Bugün, 12:16 YAZARLAR