Liseydə güllələnən müəllimədən xəbər var

Liseydə güllələnən müəllimədən xəbər var

CƏMİYYƏT

15.02.2026, 11:49

“İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir:

“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR