"Nar" və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı - FOTOLAR
İQTİSADİYYAT
30.01.2026, 14:40
“Nar” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında məşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Mia.az xəbər verir ki, Memorandum Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və “Nar”ın baş icarçı direktoru Özgür Genc tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgə təşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşə hazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrə təşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosial münasibətlərin inkişafına yönəlmiş layihələr üzərində işləyəcəklər.
Anlaşma Memorandumunun imzalanma mərasimində Hasil Abbasov işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb və “Nar” ilə imzalanan memorandumun da işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.
Özgür Genc bildirib: “İnanırıq ki, dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaran şəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluq imkanları yaratmaq mümkündür”.
Qeyd edək ki, bu Memordandum çərçivəsində tərəflər arasında işgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə və məlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Qalatasaray” təxirə salınmış oyuna hazırlaşır
Bugün, 22:06 İDMAN
-
AK Partiya: “Terrorizmə və terrorçulara yol verməyəcəyik”
Bugün, 21:52 DÜNYA
-
Bakı Təhsil İdarəsinə iki müdir müavini təyin edildi - Onlar kimdir?
Bugün, 21:18 GÜNDƏM
-
ABŞ İranı nüvə silahı ilə vuracaq? - Ağ Evdən dünyanı heyrətləndirən iddialara maraqlı şərh verildi
Bugün, 20:43 DÜNYA
-
Bakıda həbsxanada yanğın olub
Bugün, 20:29 KRİMİNAL
-
ABŞ vitse-prezienti Budapeştdən Aİ liderlərinə səsləndi: “Ondan nümunə götürün”
Bugün, 19:54 GÜNDƏM
-
SEPAH TRAMPIN TƏHDİDNƏ TƏHDİDLƏ CAVAB VERDİ: “Əgər qırmızı xətti keçsəniz…”
Bugün, 19:48 GÜNDƏM
-
AGENTLİK RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ - Sərəncam
Bugün, 19:41 GÜNDƏM
-
ABŞ Xark adasındakı neft obyektlərini vurub? – Açıqlama
Bugün, 19:19 GÜNDƏM
-
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
Bugün, 19:18 İDMAN
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
Bugün, 18:01 İQTİSADİYYAT
-
İcra başçısı özünü xeyli arıqladıb
Bugün, 17:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 17:26 CƏMİYYƏT
-
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Bugün, 17:12 GÜNDƏM
-
"Rabitəbank" ASC cəzalandırıldı - Mərkəzi Bank pozuntu olduğunu deyir
Bugün, 17:04 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bugün, 16:55 CƏMİYYƏT
-
YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident bu qurumlara əlavə tapşırıq verdi
Bugün, 16:48 GÜNDƏM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Bugün, 16:48 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 14:48 GÜNDƏM
-
Fransada sürət qatarı ilə yük maşını toqquşub – Ölən və xəsarət alanlar var
Bugün, 14:39 DÜNYA
-
İranın Xark adasına hücum olub
Bugün, 14:29 GÜNDƏM
-
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib - FOTOLAR
Bugün, 14:24 GÜNDƏM
-
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Bugün, 14:22 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 14:08 GÜNDƏM
-
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Bugün, 14:05 İQTİSADİYYAT
-
Vergi Xidmətində təyinat olub
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Bugün, 13:14 CƏMİYYƏT
-
Marneuli merinin qardaşı saxlanıldı - Çörək sexinin sahibini döyməsinə görə
Bugün, 13:11 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:52 CƏMİYYƏT
-
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
Bugün, 12:49 İDMAN
-
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
Bugün, 12:45 İQTİSADİYYAT
-
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Bugün, 12:37 İDMAN
-
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı" - VİDEO
Bugün, 12:25 CƏMİYYƏT