Kəmaləddin Qafarov "Tender kralı"na çevrlib - Daha bir milyonluq sövdələşmə olub

Kəmaləddin Qafarov "Tender kralı"na çevrlib - Daha bir milyonluq sövdələşmə olub

İQTİSADİYYAT

29.01.2026, 14:08

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən antibakterial preparatların satın alınması ilə bağlı müsabiqə keçirilib...

Mia.az xəbər verir ki, satınalmanın qalibi “AZƏRİ MED” Qapalı Səhmdar Cəmiyyəti olub. Qurumla 1.059.361,53 manat məbləğində müqavilənin bağlanılması gözlənilir. 

Qeyd edək ki, “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, mətbuatda yayımlanan və təkzib olunmayan məlumata görə, şirkət Milli Məclisin deputatı Kəmaləddin Qafarova məxsusdur. 

Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aprtek” kimi brendlər daxildir. (32gün.az)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR