İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
İQTİSADİYYAT
21.01.2026, 15:22
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də beynəlxalq biznes nümayəndələri ilə görüşdə səsləndirdiyi fikir diqqət çəkir. Neft hasilatını sabitləşdirmək, hətta artırmaq planlarından və “ikinci mühüm neft bumu” ehtimalından danışmaq sadəcə optimist ritorika yox, dövlətin enerji gündəmində mümkün dönüş nöqtəsinə işarədir.
Sual isə açıqdır: bu, nə qədər realdır və Azərbaycan üçün nə deməkdir?
İkinci neft bumu deyəndə çoxları avtomatik olaraq 2000-ci illərin ortalarını xatırlayır: sürətlə artan hasilat, yüksək qiymətlər, dövlət gəlirlərində kəskin sıçrayış.
Lakin bugünkü reallıq fərqlidir. Əgər ikinci neft bumu baş verərsə, bu, klassik kütləvi bum yox, texnoloji və seçici artım mərhələsi olacaq.
Prezidentin bu mövzuda açıq danışması bir neçə məqama işarə edir. Birincisi, Azərbaycanda beynəlxalq enerji şirkətləri tərəfindən aparılan kəşfiyyat layihələrinin nəticələri müəyyən ümid yaradır. Dövlət başçısı adətən təsdiqlənməmiş və zəif ehtimalları ictimaiyyətə açıq şəkildə səsləndirmir. Bu isə o deməkdir ki, həm mövcud yataqlarda, həm də yeni strukturlarda əlavə ehtiyatlar real ssenari kimi nəzərdən keçirilir.
İkincisi, məsələ təkcə yeni yataqlarda deyil. Azəri-Çıraq-Günəşli kimi yetkin hesab edilən yataqlarda hələ də çıxarılmamış ehtiyatlar var. Uzun illər problem bu ehtiyatların olub-olmaması yox, onların necə və hansı maya dəyəri ilə çıxarılması idi. Bu gün isə süni intellekt, 4D seysmik modelləşdirmə və enhanced oil recovery kimi texnologiyalar əvvəllər iqtisadi cəhətdən mənasız görünən qatları yenidən gündəmə gətirir. Yəni ikinci neft bumu yeni neft tapmaqdan çox, mövcud nefti daha ağıllı çıxarmaq deməkdir.
Amma burada həlledici bir məqam var: neftin maya dəyəri. Dünyada bütün neft eyni şərtlərlə hasil olunmur.
Məsələn, Səudiyyə Ərəbistanında bir barel neftin hasilat maya dəyəri təxminən 5–8 ABŞ dolları civarındadır. Bu, dünyanın ən ucuz neftlərindən biridir. Buna qarşılıq, dərin dəniz layihələrində, şist neftində və ya texnoloji baxımdan mürəkkəb yataqlarda bir barel neftin maya dəyəri 40–60 dollar, bəzən daha yüksək ola bilir.
Azərbaycan nefti də bu baxımdan ucuz kateqoriyaya daxil deyil. Xüsusən yeni və ya dərin qatlara yönəlmiş layihələrdə hasilat xərcləri əhəmiyyətli dərəcədə artır. Bu o deməkdir ki, əgər qlobal bazarda neftin qiyməti aşağı səviyyədə qalarsa, bahalı neftdən böyük iqtisadi fayda gözləmək çətin olacaq. Yəni ikinci neft bumu yalnız o halda mənalıdır ki, həm texnoloji effektivlik artsın, həm də qiymət mühiti əlverişli olsun.
Üçüncü mühüm amil qlobal enerji reallığıdır. Yaşıl enerji haqqında çox danışılır, lakin fakt budur ki, neftə tələbat hələ də qalır. Rusiya sanksiyalar altındadır, Yaxın Şərqdə risklər artır, dəniz marşrutları həssaslaşıb. Bu fonda sabit, proqnozlaşdırılan və siyasi risk yaratmayan enerji ölkələri daha cəlbedici görünür. Azərbaycan da bu kateqoriyaya daxildir.
Bununla belə, risklər də açıqdır.
Neftin qiymət riski ilə yanaşı, daha təhlükəli risk resurs rahatlığıdır. Birinci neft bumunun əsas dərslərindən biri məhz budur: yüksək gəlirlər struktur islahatlarını sürətləndirmədi, əksinə, bir çox sahədə gecikmələr yaratdı. Əgər ikinci neft bumu eyni psixoloji rahatlama effekti doğurarsa, bu, uzunmüddətli perspektivdə mənfi nəticələr verə bilər.
Bu baxımdan ikinci neft bumu Azərbaycan üçün möcüzə yox, imtahandır. Əlavə gəlirlər qeyri-neft sektorunun inkişafına, insan kapitalına, texnologiyaya və regional layihələrə yönəldilərsə, bu mərhələ ölkənin dayanıqlığını artıra bilər. Əks halda, bahalı neftdən əldə olunan məhdud qazanc yenidən asılılıq riskini böyüdə bilər.
Beləliklə, İlham Əliyevin işarə etdiyi ikinci neft bumu avtomatik zənginlik vəd etmir. O, potensial imkan pəncərəsindən danışır. Bu pəncərənin açılıb-açılmayacağı qismən geologiyadan, qismən qlobal bazarlardan asılıdır. Amma onun necə istifadə ediləcəyi tamamilə dövlətin daxili iqtisadi və siyasi qərarlarına bağlıdır.
Birinci neft bumu Azərbaycana pul gətirdi. İkinci neft bumu baş verərsə, ölkəni dəyişib-dəyişməyəcəyini neftin özü yox, bu neftlə nə ediləcəyi müəyyən edəcək.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Qalatasaray” təxirə salınmış oyuna hazırlaşır
Bugün, 22:06 İDMAN
-
AK Partiya: “Terrorizmə və terrorçulara yol verməyəcəyik”
Bugün, 21:52 DÜNYA
-
Bakı Təhsil İdarəsinə iki müdir müavini təyin edildi - Onlar kimdir?
Bugün, 21:18 GÜNDƏM
-
ABŞ İranı nüvə silahı ilə vuracaq? - Ağ Evdən dünyanı heyrətləndirən iddialara maraqlı şərh verildi
Bugün, 20:43 DÜNYA
-
Bakıda həbsxanada yanğın olub
Bugün, 20:29 KRİMİNAL
-
ABŞ vitse-prezienti Budapeştdən Aİ liderlərinə səsləndi: “Ondan nümunə götürün”
Bugün, 19:54 GÜNDƏM
-
SEPAH TRAMPIN TƏHDİDNƏ TƏHDİDLƏ CAVAB VERDİ: “Əgər qırmızı xətti keçsəniz…”
Bugün, 19:48 GÜNDƏM
-
AGENTLİK RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ - Sərəncam
Bugün, 19:41 GÜNDƏM
-
ABŞ Xark adasındakı neft obyektlərini vurub? – Açıqlama
Bugün, 19:19 GÜNDƏM
-
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
Bugün, 19:18 İDMAN
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
Bugün, 18:01 İQTİSADİYYAT
-
İcra başçısı özünü xeyli arıqladıb
Bugün, 17:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 17:26 CƏMİYYƏT
-
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Bugün, 17:12 GÜNDƏM
-
"Rabitəbank" ASC cəzalandırıldı - Mərkəzi Bank pozuntu olduğunu deyir
Bugün, 17:04 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bugün, 16:55 CƏMİYYƏT
-
YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident bu qurumlara əlavə tapşırıq verdi
Bugün, 16:48 GÜNDƏM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Bugün, 16:48 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 14:48 GÜNDƏM
-
Fransada sürət qatarı ilə yük maşını toqquşub – Ölən və xəsarət alanlar var
Bugün, 14:39 DÜNYA
-
İranın Xark adasına hücum olub
Bugün, 14:29 GÜNDƏM
-
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib - FOTOLAR
Bugün, 14:24 GÜNDƏM
-
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Bugün, 14:22 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 14:08 GÜNDƏM
-
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Bugün, 14:05 İQTİSADİYYAT
-
Vergi Xidmətində təyinat olub
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Bugün, 13:14 CƏMİYYƏT
-
Marneuli merinin qardaşı saxlanıldı - Çörək sexinin sahibini döyməsinə görə
Bugün, 13:11 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:52 CƏMİYYƏT
-
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
Bugün, 12:49 İDMAN
-
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
Bugün, 12:45 İQTİSADİYYAT
-
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Bugün, 12:37 İDMAN
-
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı" - VİDEO
Bugün, 12:25 CƏMİYYƏT