DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib

DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib

CƏMİYYƏT

27.12.2025, 09:48

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

Mia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq: "Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər".

Bildirilib ki, qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR