Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

CƏMİYYƏT

11.01.2025, 12:50

Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin yağmursuz, rayonlarda isə arabir yağıntılı keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 4-9° isti olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR