XİN sözçüsü: "Sülh sazişi ilə bağlı müzakirələrə ehtiyac var"
SİYASƏT
17.09.2024, 15:05
"Sülh sazişi layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var".
Mia.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, son bir neçə həftə ərzində Ermənistan rəsmiləri daha çox ziddiyyətli bəyanatlar səsləndirməklə kifayətlənirlər: "Onlar sülh prosesinin reallıqlarını təhrif edir və bu istiqamətdə müvafiq şərhlərlə çıxış edirlər. Ermənistan tərəfi təklif edir ki, hazırda razılaşdırılmış müddəalar saxlanılmaqla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Ancaq bunun məqbul variant olmadığı Azərbaycan tərəfindən bir neçə dəfə bildirilib. İstənilən saziş layihəsi üzrə belə bir qayda var ki, hər şey razılaşdırılmadan heç nə razılaşdırılmış hesab olunmur".
XİN rəsmisi layihə üzrə danışıqların qapalı olduğunu, yəni təfərrüatların geniş ictimaiyyətə açıq olmadığını vurğulayıb:
"Ancaq onu qeyd edə bilərik ki, layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80%-i razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Lakin bu o demək deyil ki, Ermənistan tərəfin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir".
A.Hacızadə onu da diqqətə çatdırıb ki, saziş layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var: "Ümumiyyətlə isə saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident: "Xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir"
Bugün, 16:46 GÜNDƏM
-
“Nə obyektim, nə də bir qarış torpağım var” - Deputat müğənni ilə söhbətdə + VİDEO
Bugün, 16:35 SİYASƏT
-
“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
Bugün, 16:20 İQTİSADİYYAT
-
PREZİDENT ONA GENERAL RÜTBƏSİ VERDİ - Yeni təyinat (YENİLƏNİB)
Bugün, 16:14 GÜNDƏM
-
İranlı hakerlər İsrail Baş Qərargah rəisinin məxfi sənədlərini yayımladı: "Bütün gizli obyektləriniz..."
Bugün, 16:07 GÜNDƏM
-
Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb - FOTOLAR
Bugün, 15:54 GÜNDƏM
-
İcra məmurlarının qulluğa qəbulu: müsabiqə qaydası təsdiqlənib
Bugün, 15:32 GÜNDƏM
-
"Qanuni Sultan Süleyman" zarafatı aktyora baha başa gəldi - Tuba Ulu saxlanılıb
Bugün, 15:19 MƏDƏNİYYƏT
-
Bursa bələdiyyəsi “əl dəyişdirdi” - CHP-li həbs edildi, AKP-li yerinə keçdi
Bugün, 15:08 DÜNYA
-
Tovuzda ailə üç övladından imtina edib
Bugün, 15:02 CƏMİYYƏT
-
İran ordusundan xəbərdarlıq: ”…uzunmüddətli müharibəyə hazırıq”
Bugün, 14:38 GÜNDƏM
-
Sabiq ədliyyə nazirinə ağır itki üz verdi - 19 yaşlı nəvəsi binanın pəncərəsindən yıxılıb...
Bugün, 14:24 CƏMİYYƏT
-
İran itkisini açıqladı: “Təxminən 1200 nəfərin cəsədi tanınmaz haldadır”
Bugün, 14:09 GÜNDƏM
-
Ehtiram Quliyev açıqlamasına görə 20 min cərimələndi - AFFA Tovuz klubunun rəhbəri barədə qərar verdi
Bugün, 13:58 İDMAN
-
Netanyahu: “Livana hücum dayanmayacaq” - "Hizbullah liderinin qardaşı oğlu yox edildi"
Bugün, 13:58 DÜNYA
-
Kamil Bektaşi müşavir təyin edilib
Bugün, 13:15 CƏMİYYƏT
-
Əli Əsədov Litvanın Baş naziri ilə görüşüb
Bugün, 13:09 İQTİSADİYYAT
-
FED: ”İnflyasiya və məşğulluq üçün risklər artıb”
Bugün, 12:58 İQTİSADİYYAT
-
“Sumqayıt”ın baş məşqçisi futbolçusu ilə əlbəyaxa dava edib
Bugün, 12:52 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:38 CƏMİYYƏT
-
Hörmüz boğazı ətrafında müəmma: "Bu, qlobal dəniz kommunikasiyalarında domino effekti yarada bilər" - TƏHLİL
Bugün, 12:38 SİYASƏT
-
Bakıda kafenin icarədarı ofisiantı döyüb
Bugün, 12:22 KRİMİNAL
-
Litvanın Baş naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Bugün, 12:19 SİYASƏT
-
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 12:03 GÜNDƏM
-
Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:58 GÜNDƏM
-
I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - Detallar
Bugün, 11:47 CƏMİYYƏT
-
İslamaddakı səfir paylaşımı sildi – İran-ABŞ danışıqları pozulub, yoxsa…
Bugün, 11:26 SİYASƏT
-
“Al Market”in böyük vergi borcu var
Bugün, 11:22 İQTİSADİYYAT
-
Aktrisanın serialdakı yarıçılpaq görüntüsü gündəm oldu – FOTOLAR
Bugün, 11:15 ŞOU-BİZNES
-
Daha iki kollecdə təyinat olub
Bugün, 11:06 CƏMİYYƏT
-
Daha 3 jurnalist müharibədə həlak olub
Bugün, 10:51 PRESS
-
Şimali Koreyanın yeni silahı – 7 hektarlıq ərazini külə çevirən raket sınaqdan çıxarıldı
Bugün, 10:39 GÜNDƏM
-
İstanbulda daha 11 məşhur müğənni və aktyorlar sübh tezdən qandallandı – 2 nəfər isə gizlənib
Bugün, 10:25 ŞOU-BİZNES