Xocavənddə daha altı şəhid dəfn edilib - ADLAR

Xocavənddə daha altı şəhid dəfn edilib - ADLAR

GÜNDƏM

12.07.2024, 12:59

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevlə keçirilən vida mərasimi başa çatıb.

Məlumata görə, şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər(Report).

Allah rəhmət eləsin!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR