Dövlətə xəyanətdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə başlayıb
KRİMİNAL
29.11.2023, 18:04
Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs 2007-ci ildə qəsdən və tamah məqsədilə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. Hacı Əliyev orada olarkən Behişti təxəllüsünü götürüb.
O, 2007-2014-cü illərdə Bakının Binə, Maştağa və Nardaran ərazilərində olan məscidlərə gedib, orada İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb.
Təqsirləndirilən şəxs bu məlumatlar qarşılığında 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500 və 2013-cü ildə 1000 dollar alıb.
Hacı Əliyev özünü təqsirli bilmədiyini deyib.
Daha sonra şahid qismində Rasim Niftullayev ifadə verib. O, təqsirləndirilən şəxslə Qum şəhərində tanış olduğunu deyib: "10 il Qumda dini təhsil almışam. Hacı Əli Əliyevlə orada tanış olmuşam. Orada oxuyan hər kəsə təxəllüs verilirdi. Bu, orada soyad kimi istifadə edilirdi. Azərbaycanca gələndən sonra da Hacı ilə əlaqəmiz qalıb. O, bizə gəlirdi və ya mən gedirdim onlara. Telefonla danışırdıq. Danışıqlarımız əsasən, dini məsələlər üzərində olurdu. Məsələn, Ramazanda Ayın görünüb-görünməməsi barədə söhbətlərimiz olurdu. Hacı da, mən də camaat içində ruhani kimi tanınırıq".
Təqsirləndirilən şəxs Hacı Əli Əliyev məhkəməyə Azərbaycan Ruhanilər Məclisi adında icmalarının olduğunu, orada gündəlik məsələlər və dini söhbətlər etdiklərini deyib.
Digər şahid Yaşar Əliyev təqsirləndirilən şəxsi uzun müddətdir tanıdığını bildirib: "İran İslam Respublikasının Qum şəhərində dini təhsil alarkən tanış olmuşuq. Azərbaycanda İslam Universitetini bitirəndən sonra İrana təhsil üçün getmişəm. Yaş fərqimiz çox olduğu üçün təhsil aldığımız zaman kənarda görüşürdük. Təhsilimi bitirib gələndən sonra da əlaqəmiz qalmışdı. Azərbaycan Ruhanilər Məclisinin üzvüyəm. Bu məclisin İran İslam Respublikası tərəfindən qurulduğu barədə deyilir. Bu məclisi biz özümüz qurmuşuq. Gündəlik məsələlər barədə söhbətlər aparırdıq".
Məhkəmə prosesi dekabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Sabah" İsrail komandasına uduzdu (Yenilənib)
Bugün, 00:55 İDMAN
-
NETANYAHUDAN TÜRKİYƏYƏ AÇIQ TƏHDİD: "Onları bu dəfə daha yaxşı başa saldıq..."
Bugün, 00:52 GÜNDƏM
-
AGENTLİYİN MƏTBUAT KATİBİ VƏZİFƏDƏN AZAD OLUNDU
Bugün, 00:41 PRESS
-
"Qalatasaray" braziliyalı hücumçunu alır - Danışıqlar başlayıb
Bugün, 00:30 İDMAN
-
Qəzza polis qərargahı vurulub - Həlak olanlar var
Bugün, 00:24 DÜNYA
-
ABŞ İKİ YOL AYRICINDA QALIB: geri çəkilsə, etibarını itirəcək, müharibəyə başlasa..."
Bugün, 00:16 GÜNDƏM
-
Rodri "Barselona" ilə müqavilə imzaladı
Bugün, 00:13 İDMAN
-
Tramp yenə fikir dəyişdirdi: "İranla bir nöqtədə danışıqları bərpa edə bilərik"
Bugün, 00:08 GÜNDƏM
-
Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunun bileti neçəyədir?
19.08.2026, 22:40 İDMAN
-
Moldova prezidenti Türkiyəyə dəvət olunub
19.08.2026, 21:00 DÜNYA
-
Sabiq səfir Ramiz Rizayev: "Yataq xəstəsiyəm"
19.08.2026, 20:55 CƏMİYYƏT
-
84 mindən çox abituriyent ərizəsini təsdiqlədi - DİM-dən xəbərdarlıq
19.08.2026, 20:00 GÜNDƏM
-
XİN: "Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir"
19.08.2026, 18:02 SİYASƏT
-
Yeni Partiyanın təşkilat sədri istintaqa çağırıldı - Deputatın bıçaqlanmasına görə
19.08.2026, 17:56 DÜNYA
-
Əziz Yıldırım və Acun Ilıcalı arasında qalmaqal - Məhkəmə qərar verdi
19.08.2026, 17:32 İDMAN
-
İsrail Baş Qərargah rəisi Suriya ərazisini ziyarət edib
19.08.2026, 17:20 DÜNYA
-
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi oldu
19.08.2026, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
19.08.2026, 17:00 İQTİSADİYYAT
-
Çağlar Söyüncü "Fənərbağça"dan ayrılır
19.08.2026, 16:59 İDMAN
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan sazişi - Yeni regional təhlükəsizlik arxitekturası formalaşır (TƏHLİL)
19.08.2026, 16:46 SİYASƏT
-
Bakıda və rayonlarda külək güclənəcək
19.08.2026, 16:39 GÜNDƏM
-
DEPUTATI BIÇAQLAYAN ATA VƏ OĞLU SAXLANILDI
19.08.2026, 16:32 GÜNDƏM
-
"ADY-dən bilet əldə edə bilmək üçün 3 həftə gözlədik, gecə saat 4-də..." - Aparıcıdan Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı narazılıq...
19.08.2026, 16:26 CƏMİYYƏT
-
"Bank Avrasiya" ASC-nin məsul əməkdaşı cəzalandırılıb
19.08.2026, 16:14 İQTİSADİYYAT
-
Azərbaycan polisi Gürcüstanda yerli polislə əməliyyat keçirdi, "Anar007" saxlanıldı - VİDEO + TƏFƏRRÜAT
19.08.2026, 16:02 GÜNDƏM
-
Həftə sonunadək gözlənilən hava şəraiti açıqlanıb
19.08.2026, 15:49 CƏMİYYƏT
-
"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO, FOTO
19.08.2026, 15:14 CƏMİYYƏT
-
Kolleclərə qeydiyyat prosesi başlayıb
19.08.2026, 15:04 GÜNDƏM
-
Röya Ayxan kimə sevgi mesajı verdi? - VİDEO
19.08.2026, 14:52 ŞOU-BİZNES
-
Yasamalda saxta spirtli içki satan mağaza sahibi cərimələnib
19.08.2026, 14:35 İQTİSADİYYAT
-
Mədəniyyət Nazirliyində Aparat rəhbəri təyinatı oldu - O, kimdir? (Tərcümeyi-halı)
19.08.2026, 14:17 GÜNDƏM
-
Nazirlər Kabineti qərar verdi: onların maaşı artdı
19.08.2026, 14:09 İQTİSADİYYAT
-
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
19.08.2026, 13:53 GÜNDƏM
-
“Qırmızı körpü”də TIR sıxlığı: sürücülər günlərdir gözləyir, Gürcüstan niyə problem yaradır? + VİDEO
19.08.2026, 13:30 GÜNDƏM