2023-cü il “Heydər Əliyev İli” elan edilib - İlham Əliyev sərəncam imzaladı
GÜNDƏM
29.09.2022, 11:39
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Sərəncamda deyilir:
"2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İtaliya Bab əl-Məndəb boğazına donanma göndərir: "Orada əlavə tədbirlərə ehtiyac var"
Bugün, 09:12 DÜNYA
-
20 milyonluq reklam... - Türkiyəli aktrisa görkəmini dəyişdi
Bugün, 09:00 ŞOU-BİZNES
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
17.09.2026, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
17.09.2026, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
17.09.2026, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
17.09.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.09.2026, 17:00 İQTİSADİYYAT
-
Türk idmançılara viza verilmədi - Komanda yarışdan imtina etdi
17.09.2026, 16:36 İDMAN
-
49 DSK-nin tərkibi dəyişir: "Çalışmışıq ki, layiqli şəxslərin namizədliyi irəli sürülsün"
17.09.2026, 16:21 SİYASƏT
-
Lerikdə zəlzələ oldu
17.09.2026, 16:12 GÜNDƏM
-
Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri: Rumıniyanın Baia Mare şəhəri + FOTOLAR
17.09.2026, 16:04 SİYASƏT
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərləri bir arada: mühüm mesajlar verildi - FOTOLAR (FOTOLAR)
17.09.2026, 16:00 GÜNDƏM
-
Prezident AAK sədri barədə sərəncam imzaladı
17.09.2026, 15:43 GÜNDƏM
-
Paşinyan mətbuat konfransında Moskvaya belə mesaj verdi: "Bizə sizin hərbi baza lazım deyil, əgər onu çıxarmaq istəyirsinizsə..."
17.09.2026, 15:25 GÜNDƏM
-
Yurgen Klopp "Qalatasaray"ın oyunçusunu yığmaya çağırmadı
17.09.2026, 15:14 İDMAN
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl: şübhəli şəxs saxlanılıb
17.09.2026, 14:57 KRİMİNAL
-
"Sultana"filminin təqdimatında qalmaqal - Aktrisaların bir-birlərinə replikası gündəm oldu
17.09.2026, 14:19 MƏDƏNİYYƏT
-
Konsertdə müğənniyə qarşı əxlaqsızlıq... - Demet Akalının cangüdənlərinə səsləndi: "Alın bu əxlaqsızı..."
17.09.2026, 14:14 ŞOU-BİZNES
-
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
17.09.2026, 13:59 CƏMİYYƏT
-
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib (Yenilənib)
17.09.2026, 13:56 MƏDƏNİYYƏT
-
Noyabr ayı üzrə qeyri-iş günləri bəli olub
17.09.2026, 13:54 CƏMİYYƏT