KTMT Baş katibi Bişkek və Düşənbəni atəşkəsə çağırıb

KTMT Baş katibi Bişkek və Düşənbəni atəşkəsə çağırıb

DÜNYA

16.09.2022, 13:52

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Qırğız Respublikası və Tacikistanın Təhlükəsizlik şuralarının katibləri ilə telefon danışığı olub.

Məlumatı Tacikstan KİV-i yayıb.

KTMT Baş katibi Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov və onun tacikistanlı həmkarı Nasrullo Mahmudzoda ilə danışarkən qısa müddətə atəşkəsin tətbiq edilməsi və münaqişənin dinc yolla tənzimlənməsi üçün danışıqlara başlamağın vacibliyini vurğulayıb/Report.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan 1992-ci il mayın 15-dən KTMT-nin üzvləridir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR